Bu barədə artıq bir neçə gündü istər yerli, istərsə də Moldova mediasında xəbərlər yayılır. Hətta deyilənə görə, "Keşlə"nin şərəfini qoruyan qapıçının bu qərarı verməsinə səbəb klubun bundan sonra "Şamaxı" olmasıdı. O, bölgədə oynamaq istəmir. Digər səbəb kimi isə, artıq yaşının karyerasını davam etdirməyə imkan verməməsidi. O, bir il ölkəsində oynayıb, karyerasını bitirmək istəyir.
Yayılan informasiyanı dəqiqləşdirmək üçün Namaşko ilə əlaqə saxladıq. O, "Football-plus.az" saytına bunları dedi:
"Hələ bu haqda düşünməmişəm. Təklifdən asılıdı və ondan sonra addım atmaq olar".
GÜNAY VƏLİYEVA

