Millətlər Liqasını “gülünc ideya” adlandırdı

14.05.2022 17:35 373
Dünya futbolu
Yürgen Klopp növbəti dəfə Millətlər Liqasını tənqid edib.

Daha doğrusu, bu ideyanı Avropa futbolunda reallaşdıran UEFA-nın yanlış qərar verdiyini bildirib. Turnirlə bağlı daha əvvəl də tənqidi fikirlər səsləndirən “Liverpul”un baş məşqçisi bu dəfə belə açıqlama verib:

“Millətlər Liqası futbolda ən gülünc ideyalardan biridi. Futbolçular il ərzində 70-dən artıq matç keçirir, həm də Millətlər Liqasının oyunlarında iştirak edirlər. Milli komandada 4, 5, 6 oyun keçirirlər...”