Rövşən Babayev and-aman etdi ki... - AÇIQLAMA

23.03.2022 19:25 1 462
I liqa
Bir müddət öncə “Turan Tovuz”un baş məşqçi postundan istefa verən Rövşən Babayev özünə yeni iş yeri tapıb.

Bu haqda yerli media xəbər yayıb. Xəbərdə qeyd olunub ki, Babayev fəaliyyətini Region Liqasında çıxış edən “Araz Naxçıvan”da davam etdirəcək. Çalışdırıcı Azər Bağırovun köməkçisi vəzifəsinə təyin olunub. Hətta onun alacağı məvacib də müəyyənləşib. Mütəxəssis 2000 manat maaş alacaq. Bu informasiyaları dəqiqləşdirmək üçün Rövşən Babayevlə əlaqə saxladıq. O, “Football-plus.az” saytına bunları dedi:

“Mən də bu xəbəri oxudum. Bu haqda mənə heç bir müraciət olmayıb, kiminləsə danışmamışam. Martın 15-də “Turan Tovuz”un Bakı səfərindən sonra istefa ərizəsi ilə rəhbərliyə müraciət elədim. Sağ olsunlar, həm rəhbərlik, həm də azarkeşlər məni düzgün başa düşdülər. Onlar məni dəstəklədilər. İnanın ki, “Araz Naxçıvan”la bağlı heç kimlə danışığım olmayıb. Nə məvacib? Nə məşqçi? Nə köməkçi? Belə bir mövzu yoxdu. Mənim bu barədə nə məlumatım var, nə də danışığım olub”.


GÜNAY VƏLİYEVA