"Neftçi" derbinin hazırlıqlarına start verdi

13.05.2022 19:13 600
Premyer-liqa
“Neftçi” Azərbaycan premyer-liqasının 27-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb.

"Football-plus.az" xəbər verir ki, Qəbələ səfərindən qayıdandan sonra iki günlük istirahətə buraxılan komanda üzvləri bu gün məşqlərə start verib.

“Neftçi” Futbol Mərkəzində baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, mayın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” görüşünə saat 17.00-da start veriləcək.