PSJ Rusiyanın “Fonbet” şirkəti ilə əməkdaşlığı dayandırıb.
Bu haqda “France Bleu” nəşri məlumat yayıb.
Qeyd edək ki, “Fonbet” və PSJ 2019-cu ildən əməkdaşlıq edir. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Paris klubunun rəhbərliyi bukmeker kontoru ilə müqavilənin icrasını mövsümün sonuna qədər dayandırmaq qərarına gəlib. Ancaq PSJ-nin Moskvadakı futbol akademiyası fəaliyyətini davam etdirəcək. Bu mövsüm akademiyada 3 yaşdan 17 yaşa qədər 500 uşaq təhsil alır. Fransa klubundan verilən açıqlamada belə deyilir: