Daha öncə 1997-99-cu illərdə ''Beşiktaş''ı çalışdıran, bir ara ölkəmizdə ''Xəzər Lənkəran''da da işləyən Con Toşak İspaniya mətbuatına açıqlamasında İstanbul derbisini xatırlayıb.
Qeyd edək ki, bir neçə ay koronavirusa yoluxan təcrübəli uelsli mütəxəssis xəstəliyi çox çətin keçirərək 9 gün ölümlə mübarizə apardı:
''İndiyə qədər yaşadığım ən inanılmaz derbi ''Beşiktaş'' - ''Qalatasaray'' oyunudu. Aralarında çox qorxunc bir rəqabət var. Mövsümün bitməsinə 2-3 tur qalmış bu cür derbilərin oynanılmasına qadağa qoymaq lazımdı. Əks təqdirdə hər şey baş verə bilər. Koronavirusa qarşı verdiyim mübarizəni həyatımın ən uzun mövsüm öncəsi hazırlıq dönəmi adlandırardım. 9 gün çox ağır vəziyətdə qaldım. Qorxulu şeylər yaşadım. Bu müddətdə istənilən bir komanda çempionluq mübarizəsini məğlub bitirə bilərdi. Amma mən qələbə qazandım. Hər kəs yanımda idi. Barselonadakı xəstəxananın bütün işçiləri mənə dəstək olurdu. Butragenyo da hər gün zəng vururdu. Onların hamısına minnətdaram''.