“Real”ın Çempionlar Liqasının finalına çıxması Məhəmməd Salahı danışmağa vadar edib.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un 29 yaşlı hücumçusu 2018-ci ildə keçirilən finalda madridlilərə 1:3 hesabı ilə uduzduqları matçı xatırlayıb. O, qisas almaq istədiklərini gizlətməyib:
“İndi bütün futbolçularımız kimi mən də finala çıxdığımız üçün çox həyəcanlıyam. Həlledici oyunun çətin keçəcəyinə şübhəm yoxdu. “Real” bu mövsüm bir çox güclü komandanı məğlub edib. Diqqətimizi final oyununa yönəltməliyik. Biz qisas almaq istəyirik. 2018-ci ildə onlara uduzduq. Komandamız üçün çox kədərli gün idi. İntiqam almaq vaxtı yetişib”.