Bu gün İntizam Komitəsinin növbəti iclası keçirlib.
"Football-plus.az" xəbər verir ki, toplantıda 1-ci divizionun 24-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
01.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
01.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi-2” klubunun 54 nömrəli futbolçusu Hüseyn Əhmədov oyunun 42-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
01.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Neftçi-2” – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qarabağ-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qarabağ-2” – “Sabah-2” oyununda matçın 53-cü dəqiqəsində “Qarabağ-2” klubunun məşqçisi Vüqar Rüstəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunur (maddə 61.1).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ-2” klubunun rəsmisi Uğur Təhməzov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır klub 400 manat cərimə olunur (maddə 41.4).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Kəpəz” – MOİK oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Kəpəz” – MOİK oyununda dopinq nəzarət otağı hazır olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 46.4).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 84).
02.05.2022-ci il tarixində I Divizionun XXIV turunun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubunun 44 nömrəli futbolçusu Salman Ələsgərov oyunun 51-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).