Namik Ələskərovla hansı klublar maraqlanır? - MENECERİ AÇIQLADI

28.04.2022 23:37 801
Aktual / Manşet
Son günlərin ən çox diqqət çəkən futbolçusu Namik Ələskərovdu.

“Bursaspor”un TFF 1-ci liqada uğursuz çıxış etməsinə baxmayaraq, azərbaycanlı oyunçu komandanın ən yaxşısıdı. Yarımmüdafiəçi “timsahlar”ın heyətində 6 qol vurub, 6 ötürmə edib. Namikin bu statistikası Türkiyənin digər klublarının diqqətini çəkib. Mediada yazılanlara inansaq, onunla “Sivasspor” və “1461 Trabzon” yaxından maraqlanır. Məlumatın nə qədər doğru olduğunu öyrənmək üçün ufutbolçunun meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq:

“Namik Ələskərovlə maraqlananlar var. Lakin onun “Bursaspor”la müqaviləsi qüvvədədi. Mövsümün sonunu gözləmək lazımdı. Bundan sonra nələrin olacağına qərar verəcəyik. İndi kimləsə danışıq aparmırıq. Təbii ki, “Bursaspor” çempionatda qalsa, Namik öz klubunda çıxış edəcək. Düzdü, ola bilsin, sonradan komanda özü futbolçunu kiməsə satmaq istəsin. Amma indi bizim danışıq aparmağımız düzgün deyil. Namik, sadəcə, oyunları düşünür. Mövsümün sonunda nələrin olacağını birgə görəcəyik”.


İLKİN SULTANLI