Bu dəfə Alabasız...

3.05.2022 19:48 511
Dünya futbolu
“Real” Çempionlar Liqasının “Mançester Siti” ilə cavab oyununa itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı müdafiəçilərindən David Alabanın zədəsi hələ də sağalamayıb.

29 yaşlı futbolçu yarımfinalın aprelin 26-da Mançesterdə keçirilən ilk matçının fasiləsində zədə səbəbi ilə əvəzlənmişdi. Həkimlər onun mayın 4-nə təyin olunan cavab görüşündə iştirakının mümkün olmayacağına qərar veriblər. Xatırladaq ki, ilk oyun MS-nin 4:3 hesablı qələbəsi ilə nəticələnib.