Fransa çempionatının 34-cü turunda çempionun adına aydınlıq gəlib.
"Football-plus.az" saytının məlumatına görə, PSJ Liqa 1-də mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Paris təmsilçisi "Lans"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 78-ə çatdıran PSJ ən yaxın izləyicisi "Marsel" (62 xal) üçün əlçatmaz olub.
Qeyd edək ki, PSJ tarixində 10-cu çempionluğunu qazanıb.