Azərbaycan kubokunda mövsümün ilki

30.04.2022 11:10 533
Ölkə kuboku
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Zirə” cütünün taleyi penaltilər seriyasında həll olunub.

"Football-plus.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hər iki görüşü 0:0 hesabı ilə başa çatan duelin “lotereya”sında qonaqlar 4:2 hesabı ilə qalib gəlib.

Bu, mövsümün ilk penaltilər seriyasıdı. Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında qeydə alınıb. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.

Ümumiyyətlə isə kubokun 30 illik tarixində 30-cu dəfə cütün taleyi seriyada həll olunub. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.