• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolun inkişafı, yoxsa gözdən pərdə asmaq fondu? - KÖŞƏ

Yazarlar

27-04-2022, 18:0

AFFA futbol ictimaiyyətini aldatmaq üçün dəridən-qabıqdan çıxır.

Bütün vasitələri sınayıblar. O qədər yalan danışıblar ki, artıq onların yalanlarına inan da yoxdu. Belədə özlərini gülünc vəziyyətə salırlar. “Boz bina”da oturan ağıl-fikir sahiblərinin son “layihələrindən” biri də budu ki, Futbolun İnkişafı Fondu adlı qurum yaratsınlar. Guya bölgə klublarına dəstəyi artırmaq üçün yerli iş adamlarını futbola cəlb edəcəklər. Bu fondun başında dayanan kimdi? Elxan Məmmədovun gənc kadrlarından sayılan Tural Piriyev. Cənab Piriyev illərdi Məmmədovun komandasının əsas heyət üzvlərindən biridi. Onun sözünə inanıb, hansı iş adamı bu fonda pul verəcək? Fondun üzvlərindən biri tovuzlu millət vəkili Qənirə Paşayevadı. Yaxşı yadımdadı, “Turan” birinci divizionun qalibi olanda Qənirə xanım xeyli fəallaşmışdı. Əyninə komandanın formasını geyib, azarkeşlərin önündə çıxış edirdi. Tovuzlu azarkeşlərdə də ümid yaranmışdı ki, sevimli komandaları elitaya yüksələcək və illər sonra onlar da premyer-liqa oyunlarında “Turan”a dəstək verəcəklər. Sonrası nə oldu? Heç nə. Qənirə xanımın cəhdləri uğursuzluqla nəticələndi. AFFA “Turan”ı ələbaxan kluba çevirib, özü üçün təbliğat vasitəsi kimi istifadə etməyə başladı. O vaxtdan bəri nə dəyişib? Həmin vaxt Qənirə Paşayevanın sözü ilə “Turan”a pul ayırmayanlar indi ayıracaq? Özü də başında AFFA-nın kadrı dayanan, üzvləri də assosiasiya tərəfindən təyin olunan bir fondun çağırışı ilə? Etməyəcəklər, cənablar. Bunu AFFA-da oturanlar da, fondun üzvləri də gözəl bilir. Adamların etdikləri görüntü xatirinə iş görməkdi. AFFA bu layihəsində səmimi olsaydı, fondu ictimaiyyət üçün açıq edər, ora öz adamlarını yerləşdirməzdi.

Fəxrəddin Manafovun istedadlı, tanınmış aktyor olmasına şübhəm yoxdu. Amma Fəxrəddin bəy özü də bilir ki, onun sözüylə heç kim cibindəki beş manatı gətirib AFFA-nın yaratdığı fonda verməyəcək. Heç inanmıram ki, onun özü də belə gülməli cəhdlərə əl atsın, kimdənsə Azərbaycan futbolu üçün ianə rica etsin. Hardansa ona deyiblər ki, get, filan yerdəki toplantıya qatıl, adın hansısa fondun idarə heyətinin üzvü kimi çəkiləcək. O da razılıq verib. Necə ki, illər öncə “Neftçi”nin Müşahidə Şurasına xalq yazıçısı Çingiz Abdullayevi rəhbər təyin etmişdilər. O da öz sənətkar dostlarını rəhbərlik etdiyi şuraya doldururdu. Şən və hazırcavab oğlan Bəhram Bağırzadə həmin şuradan ilk imkandaca qaçdı, tezliklə də könlünü “Neftçi”nin əsas rəqibi “Qarabağ”a “qapdırdı”. Yəni səmimiyyət olmayan yerdə belə şeylərin baş verməsi də normaldı.

Söz Müşahidə Şurasından düşmüşkən, fondun icraçı direktoru Tural Piriyevin bu yaxınlarda verdiyi bir müsahibədə “şura” sözü diqqətimi çəkdi. Deyirdi ki, klublar üçün pul toplandıqdan sonra orda da Müşahidə Şurası yaradacaqlar. Səkkiz il əvvəl oxumağa başladıqları mahnıları təkrarlamaqdan yorulmayan adamlara ürəkdən gülmək istəyirəm. Kim zəmanət verə bilər ki, həmin o Müşahidə Şuralarına da AFFA öz “desantlar”ını yerləşdirib, bütün nəzarəti öz əlində saxlamağa çalışmayacaq? Elə bu səbəbdəndi ki, insanlar onların sözlərinə inanmır. Diqqət yetirin, Futbolun İnkişaf Fondu bir aydan çoxdu sosial şəbəkələrdə hesablar yaradıb. Hətta sponsorlu paylaşımlar edir, təbliğat maşınını işə salmağa çalışırlar. Amma xalqın gözü tərəzidi. Bu müddət ərzində Futbolun İnkişaf Fondunun “feysbuk”dakı səhifəsini 449 nəfər bəyənib. Paylaşımlarına da cəmi 30-40 nəfər reaksiya göstərir. Yəni öz ətraflarında olan dost-tanışlarının sayı qədər. Bu faktın özü Futbolun İnkişaf Fondunun ictimaiyyət arasında necə dəstək görəcəyinin, azarkeşlərin onların səmimiyyətinə hansı səviyyədə inanmasının göstəricisidi.

“Feysbuk”da “layk” yığa bilməyənlər real həyatda bir premyer-liqa klubunun saxlanılması üçün tələb olunan minimum iki milyonu necə yığacaqlar? Bu suala AFFA-dan cavab vermək istəyən tapılsa, biz də şad olardıq. Adamlar bölgə klublarının inkişafından, kənar sponsorların cəlb olunmasından danışarkən səmimi olsaydılar, illər öncə Nuru Əliyevi, Mübariz Mənsimovu futboldan iyrəndirməzdilər. Həmkarlarımız Rəsul Şükürsoyla Nail Nurəddinoğlu Lənkəranda klub yaradıb, azarkeşləri səhmdarlara çevirmək istəyəndə onların önündə min cür maneə yaradan kim idi? Təbii ki, AFFA. Səmimi olsaydılar, onlara badalaq vurmazdılar, əksinə, dəstək olardılar. AFFA bu istəyində səmimi olsaydı, dağdan ağır futbol adamı Nazim Süleymanovu futbolla bağlı fəaliyyətdən uzaqlaşdırmaz, elə bu fondun rəhbəri olmaq üçün işbirliyinə çağırardılar. Sponsorlar, azarkeşlər Süleymanova daha çox inanardılar, nəinki Tural Piriyevə və fonddakı başqalarına. AFFA-nın bu layihəsinin qeyri-səmimiliyini sübut etmək üçün nümunələrin sayını artıra da bilərəm. Amma bura qədəri də yetərlidi. Əminliklə deyə bilərəm ki, bu fond futbolun inkişafı yox, gözdən pərdə asmaq üçün yaradılıb.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-05-2022, 16:0

“Maliyyə cəlb olunması üçün beynəlxalq təşkilatlarla da əlaqədəyik” - AÇIQLAMA

Ölkə futbolu

17-03-2022, 16:0

Beş regionda Futbolun İnkişaf Fondunun nümayəndəliyi açılacaq - AÇIQLAMA

Ölkə futbolu / Günün xəbəri

5-04-2022, 21:0

Bu klub Azərbaycan premyer-liqasına gətirilir - ÖZƏL

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 216
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə