Premyer-liqada 24-cü turun oyunları keçirilib.
"Zirə" səfərdə "Sumqayıt"ın qonağı olub - 1:0. Ev sahibi komandanın baş məşqçisi Aleksey Baqa oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:
"Doğrudu, Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Amma komandanın göstərdiyi oyun, meydandakı bütün amillər onu deməyə əsas verir ki, bu gün daha çoxuna layiq idik. Kollektiv meydanda istək və birlik nümayiş etdirdi. Xal toplamaq istəyiriksə, nəinki bir qol epizodu, yarım epizodları da dəyərləndirməliyik”.