Bir neçə gün öncə İntizam Komitəsinin qərarları açıqlandı.
AFFA ölkə çempionatının 23-cü turu çərçivəsində baş tutan "Qəbələ" - "Sumqayıt" matçında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevi hakimi təhqir etdiyi üçün 4-ü şərti olmaqla 5 oyun, klubu isə 4 min manat cərimələdi. "Qırmızı - qaralar" bundan əlavə azarkeşlərin kütləvi şəkildə təhqirinə görə 4 min, kənar şəxs meydana daxil olduğu üçünsə 1600 manat cəzalandırıldı.
Görəsən, bölgə təmsilçisi ağır cəzalarla bağlı apellyasiya şikayəti verməyi düşünür? Sualımızı "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq. Klub rəsmisi "Football-plus.az" saytına açıqlamasında belə bir tələblərinin olmaycağını bildirdi.
SƏNƏM FƏRHADOVA