"Dinamo"nun baş məşqçisi Jelko Kopiç Xorvatiya çempionatının 9-cu turdan təxirə salınan və sabah keçiriləcək "Hayduk"la (Split) matç öncəsi açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis millimizin üzvü Mahir Emreli haqda da danışıb.
"Futbolçunun problemi olmasına baxmayaraq, komandası üçün faydalı olmaq istəməsi yaxşıdır. Hamımız gördük ki, Emreli "artırır", oyundan-oyuna daha yaxşı durumda olur. Bir çox futbolçunu doğru "ritm"ə qaytarmışıq, həmçinin də Mahiri. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın".