Mahir Emrelinin çıxış etdiyi "Dinamo" səfərdə "Riyeka" ilə qarşılaşıb - 2:1. Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı heyətdə ilk qolunu vuran Mahir haqda bunları deyib:
"Mahir Emreliyə vaxt lazımdı, lakin səviyyəsini göstərməkdədi. Oyundan-oyuna formaya düşür".
Qeyd edək ki, "Dinamo" bu qələbə sayəsində xalını 63-ə çatdırıb və ehtiyatda bir oyunu olduğu halda, 1-ci pillədə qərarlaşıb.




