PSJ idman ayaqqabılarının onlayn satış xidməti olan GOAT ilə əməkdaşlığa başlayıb.
“Bloomberg”in yaydığı xəbərə görə, tərəflər üçillik müqavilə üzrə razılığa gəliblər. Bu əməkdaşlığa görə Fransa klubu 50 milyon dollar qazanacaq. Artıq bu mövsümdən yeni tərəfdaşın adı PSJ-nin formasının qollarında görünəcək. Həmçinin satış xidməti klubun stadionunda, telekanalında, saytında və sosial şəbəkələrdəki səhifələrində reklam ediləcək. PSJ GOAT-ın saytında öz mağazasına sahib olan ilk komanda olacaq.
Qeyd edək ki, GOAT hər kəsin həm yeni, həm də işlənmiş idman ayaqqabılarının satıla biləcəyi onlayn platformadı.