“Barselona”nın hücumçusu Memfis Depay zədələnib.
Niderlandlı hücumçunun diz əzələsi burxulub. O, bu səbəbdən Avropa Liqasında “Ayntraxt”la (Frankfurt) keçiriləcək ilk oyun üçün heyətə daxil edilməyib. Futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik məlum deyil.
Bu gün keçiriləcək “Ayntraxt” – “Barselona” matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
"Barselona"da şok itki - “Ayntraxt”a qarşı oynaya bilməyəcək
Dünya futbolu
