“Sabah” “Qarabağ”ın bacarmadığını etdi, Mikels tarixə düşdü

14.10.2026 20:00 81
Avrokuboklar
Dünən keçirilən “Sabah” – “Slaviya” qarşılaşması (2:0) həm də maraqlı faktlarla yadda qaldı.

“Football-plus.az”ın məlumatına görə, “Qarabağ”dan sonra ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edən ikinci komanda olan “Sabah” ilk qələbəsini ikinci cəhddə qazandı. Xatırladaq ki, bu mərhələdə 2017/18 mövsümündə debüt edən “köhlən atlar” 6 matçda yalnız 2 xal toplamış, qələbə qazana bilməmişdi. Ağdamlılar bu turnirdə ilk qələbəsini 7-ci cəhddə - ötən mövsüm 1-ci turda “Benfika” səfərində qazandı (3:2).

Dünən “Sabah”ın ikinci qolunun müəllifi olan Coy-Lens Mikels də Çempionlar Liqasının tarixinə düşdü. Oyunun ən yaxşısı seçilən futbolçu Ruandanı vətəndaşı bu mərhələdə qol vuran 111-ci ölkə etdi.

Həmçinin matçda qapı istiqamətində ilk zərbə 31-ci dəqiqədə qeydə alındı. Çempionlar Liqasında belə hala sonuncu dəfə 2003/04 mövsümündə rast gəlinib.

Xatırladaq ki, “Sabah” 3-cü turda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20.45-də başlayacaq.

KƏNAN BAHADIR