"Asan olmasa da, öz oyunumuzu oynamağa çalışdıq" - Mikels

14.10.2026 15:31 81
Avrokuboklar
"Sabah"ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Slaviya”nı məğlub etdikləri matç barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, o, komandasının qalibiyyəti haqda bunları deyib:

"Çox çətin oyun idi. “Slaviya”nın necə oynayacağını bilirdik. Düşünürəm ki, yaxşı hazırlaşmışdıq. Asan olmasa da, öz oyunumuzu oynamağa çalışdıq. Çempionlar Liqasında hər kəs çempiondu, ona görə hər an vacibdi. Xüsusilə ilk hissədə bir az şanslı idik. Düşünürəm ki, ikinci hissədə rəqibdən bir az daha yaxşı göründük. "Borussiya"ya qarşı daha yaxşı oynamalıyıq. Qələbəyə görə çox qürur duyuruq. Stadiona gələn azarkeşlərə təşəkkür edirik. Ümid edirik ki, gələn həftə “Borussiya” ilə matçda daha çox insan gələcək".

Ruandalı matçın ən yaxşısı seçilməsi və qol vurması haqda da danışıb:

“Düzünü desəm, həmin epizodda çox şanslı idim. Bu, Çempionlar Liqasında xüsusi andı. Matçın adamı seçildim, amma düşünürəm ki, digər oyunçularımızdan bəziləri müdafiədə parlaq oynadıqları üçün buna məndən daha çox layiq idilər. Buna baxmayaraq, bu mükafatla fəxr edirəm. Bu, bizim üçün tarixi andı”.