Mövsümə çox uğursuz başlayan və ilk 7 tura cəmi 4 xal toplayan ''Samsunspor''un baş məşqçi Torsten Finklə yollarını ayırdığını xəbər vermişdik.
Samsun klubunun məşqçisiz günləri çox çəkməyib. ''Ağ-qırmızılar'' Nenad Byelitsa ilə anlaşıblar. Klubdan verilən açıqlamada təcrübəli xorvatiyalı mütəxəssislə mövsümün sonuna qədər anlaşma əldə olunduğu qeyd olunub. Byelitsa bu gün klub tərəfindən göndərilən özəl təyyarə ilə Samsuna gələcək.
Maraqlıdı ki, bir müddət öncə ''Trabzonspor'' ''Samsunspor''un sabiq baş məşqçisi Tomay Rays ilə anlaşmışdısa, indi də ''Samsunspor'' ''Trabzonspor''un sabiq çalışdırıcısı ilə anlaşıb.
55 yaşlı Byelitsa Türkiyədə daha öncə 2023-cü ildə aprel - oktyabr aralığında məhz ''Trabzonspor''u çalışdırıb. Ancaq həmin vaxt onun macərası qısa və uğursuz alınmışdı. Qaradənizlilər bu məşqçi ilə 16 oyundan 8 qələbə, 8 məğlubiyyətlə ayrılmışdılar.
Ümumiyyətlə son illərdə Byelitsanın məşqçi karyerası uğurlu alınmır. 2017-20-ci illərdə çalışdırdığı Zaqreb ''Dinamo''sunda 2 ölkə çempionluğu daxil olmaqla qazandığı 4 titulun ardından o işlədiyi klublarda heç bir uğur əldə etməyib.
''Trabzonspor''un sabiq məşqçisi yenidən Türkiyədə işləyəcək
Dünya futbolu





