Şamaxıdakı futbol bayramında kimlər iştirak edəcək? - SİYAHI

9.04.2022 12:28 702
Premyer-liqa / Manşet
Bu gün 30 il sonra Şamaxıda ölkə çempionatının oyunu keçiriləcək.

Premyer-liqanın 22-ci turunun "Şamaxı" - "Neftçi" görüşü baş tutacaq. Matça futbol ictimaiyyətinin marağı olduqca böyükdü. Redaksiyamıza daxil olan məlumata görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, baş katib Sərxan Hacıyev, PFL rəhbəri Ramin Musayev, Şamaxının icra başçısı Tahir Məmmədov da oyunu izləmək üçün stadiona təşrif buyuracaq.

Qeyd edək ki, qarşılaşma saat 14.00-da start götürəcək.

İLKİN SULTANLI