Elxan Məmmədov Azərbaycanı nə vaxt tərk edəcək? - ÖZƏL

25.04.2022 12:32 857
Aktual / Manşet / Günün xəbəri
Bildiyiniz kimi, Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.

Funksioner mayın 1-dən etibarən rəsmən fəaliyyətini icra etməyə başlayacaq.

Redaksiyamıza daxil olan məlumata görə, federasiyanın sabiq icraçı vitse-prezidenti ayın 27-də Azərbaycanı tərk edərək Parisə yola düşəcək.

Qeyd edək ki, Elxan Məmmədov ictimai əsaslarla AFFA-da vitse-prezident vəzifəsini davam etdirəcək.

RƏŞAD