Futbol ictimaiyyətinin tanınmış nümayəndələri Şamaxıda - FOTOLAR

20.05.2022 16:20 530
Ölkə futbolu
Bu gün AFFA-nın təşkil etdiyi Region Liqasında 3-cü yer uğrunda görüş keçirilib.

“Football-plus.az” xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyunda “Araz Naxçıvan”la “Qusar” üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisi bürünc medallara sahib çıxıb.

Final oyununda isə “Xan Lənkəran” və “Cəbrayıl” komandaları qarşılaşır. Görüş saat 16.00-da start götürüb. Bu oyunu futbol ictimaiyyətinin tanınmış nümayəndələri də canlı izləyir. Tribunada Məşqçilər Komitəsinin üzvlərindən Əsgər Abdullayev Ağasəlim Mircavadov və Şahin Diniyev, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, onun köməkçisi Kamran Vəliyev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovu görmək mümkündü.







İLKİN SULTANLI, Şamaxı