İdmançılarımız finalda

11.03.2022 13:40 478
İdman
Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında növbəti finala vəsiqə qazanıblar.

İdmançılar templə hərəkətlərdə 29.090 xalla 1-ci olub. Digər cütlük Sabir Ağayev və Mehriban Salamovadan isə 26.340 xalla 9-cu yeri tutub və finala vəsiqə qazana bilməyib.