Fransa yığmasının hücumçusu mərc şirkətinə atası ilə zarafat etdiyi üçün əsəbiləşib.
Şirkət Mbappenin Cənubi Afrika ilə yoldaşlıq oyununda (5:0) dubl etməsindən sonra qolunda tatu olan və çılpaq ombasını göstərən bir azarkeşin fotosunu paylaşaraq şəkildə onun atasının olduğunu yazıb:
“Vilfrid Mbappe oğlunun Cənubi Afrikaya qol vurmasından sonra”. Bu zarafata əsəbiləşən Kilian isə etirazını belə ifadə edib: “Bu, onlayn qumar təhlükəsidi. Sözləriniz heç bir çərçivəyə sığmır. Xahiş edirəm, bir az hörmət göstərin”.


