"Xan Lənkəran" tanınmış futbolçunu transfer etmək istəyir - AÇIQLAMA
Aktual / Ölkə futbolu / Manşet
2-04-2022, 21:0
Tərlan Quliyev "Xan Lənkəran"a keçə bilər.
Hazırda "Keşlə"də çıxış edən futbolçunun Lənkəran təmsilçisinə transfer olunacağı haqda xəbərlər yayılıb. Məlumatı dəqiqləşdirmək üçün təcrübəli müdafiəçi ilə əlaqə saxladıq:
"Düzdü, belə söhbət var. Sadəcə, indi bu haqda qəti fikir bildirməyim düzgün olmaz. "Keşlə" ilə müqaviləm var, bu kluba məxsusam. Yayda karyeramı harda davam etdirəcəyimə aydınlıq gələcək. Nə olacaqsa, xeyirlisi olsun".