“Al Rihla” DÇ-2022-nin rəsmi topudu

2.04.2022 15:10 457
Dünya futbolu
FİFA DÇ-2022-nin final mərhələsinin rəsmi topunu təqdim edib.

Topa “Al Rihla” adı verilib. Bu söz ərəb dilindən tərcümədə “səyahət” deməkdi. Almaniyanın “Adidas” şirkətinin hazırladığı topun dizaynı Qətər memarlığı və bu dövlətin bayrağını təcəssüm etdirir.

Qeyd edək ki, dünya çempionatı Qətərdə bu ilin son aylarında ilk dəfə keçiriləcək.