"Neftçi"nin sabiq üzvü özünə klub axtarır - AÇIQLAMA

2.04.2022 12:54 1 189
Premyer-liqa
“Neftçi”nin sabiq oyunçusu Keysuke Honda karyerasını bitirmək haqda düşünmür.

Litva “Suduva”sından ayrılan yaponiyalı ulduz futbolçu özünə yeni komanda axtardığını açıqlayıb:

“Hələ karyeramı bitirməmişəm. Hər gün məşq edirəm, özümü hazır vəziyyətdə saxlayıram. Hansı klubla nə vaxt müqavilə bağlayacağımı bilmirəm. İstənilən zaman təqaüdə çıxa bilərəm. Ancaq oynamağa davam etmək istəyirəm”.