Namik Ələskərov hansı premyer-liqa klubuna keçir? - AÇIQLAMA

1.04.2022 21:00 542
Aktual / Premyer-liqa / Manşet
Bu gün 1 aprel - Beynəlxalq Gülüş Günüdü.

"Football.plus.az" saytı olaraq maraqlı bir addım atdıq. Elita klublarını bu gün münasibəti ilə aldatmaq istədik. Premyer-liqanın 8 klubuna "redaksiyamıza daxil olan məlumata görə, Namik Ələskərov ilə maraqlanırsız" sorğusunu göndərdik. Klubların mətbuat katibləri bunun zarafat ola biləcəyini düşünməyərək, ciddiyə alaraq cavablandırdılar.

Rüstəm Allahverdiyev (Neftçi):
"Etibarlı mənbəniz o qədər də etibarlı deyil. Yalan məlumatdı".


Səbuhi Məmmədov (Keşlə):
"Məndə belə məlumat yoxdu".


Mehriban Mürsəlova (Səbail):
"Xeyr, yalandı".


Elnur Həmidov (Sabah):
"Bildiyiniz kimi, transfer çalışmaları qış fasiləsində və mövsümün sonunda fəallaşır. Bir müddət öncə FİFA-nın məlum qərarına əsasən heyətə 2 futbolçu cəlb olunub. Digər transfer çalışmalarına mövsüm bitəndən sonra başlanılacaq".


Anar Hacıyev (Qəbələ):
"Qisaca “xeyr” deyə bilərəm".


Rəşad Məmmədov (Sumqayıt):
"Sumqayıt" Namik Ələskərovla danışıq aparmayıb. Belə söhbət yoxdu".


Gündüz Abbaszadə (Qarabağ):
"Bu xəbər həqiqəti əks etdirmir. Ümumiyyətlə, hazırda transfer çalışmalarımız aktiv fazada deyil".


Elmar Abdullazadə (Zirə):
"Bu xəbər reallığı əks etdirmir".


GÜNAY VƏLİYEVA