Adı “Şamaxı”, formanın üzərində “Keşlə” - FOTO

19.04.2022 19:30 1 041
Aktual / Manşet
17 yaşadək futbolçulardan ibarət milli bir neçə gün öncə yoxlama oyununda “Şamaxı”nın U-19 komandasını 2:1 hesabı ilə məğlub edib.

Qarşılaşma və nəticə ilə bağlı hansısa problem yoxdu. Lakin matç əsnasında “Şamaxı”nın bir neçə futbolçusunun geyiminin üzərində “Keşlə”nin loqosu olub. Bunun hansı səbəbdən baş verdiyini klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan soruşduq:

Adı “Şamaxı”, formanın üzərində “Keşlə”


“Oyun başlayanda futbolçuların hamısının formalarının üzərində “Şamaxı” emblemi olub. Sonradan meydana çıxanların bir-ikisində isə “Keşlə” loqosu. Bizdə 200-dən çox futbolçu var. Yavaş-yavaş hamısını normal forma ilə təmin edəcəyik”.




İLKİN SULTANLI