Hansı klublar Zubirə görə “Qarabağ”a “başgicəlləndirici” təkliflər edib? - RƏSMİ AÇIQLAMA

31.03.2022 19:34 5 372
Premyer-liqa / Manşet
Abdulla Zubir "Qarabağ"dan ayrıla bilər.

Belə ki, fransalı futbolçu ilə bağlı Ağdam təmsilçisinə təkliflər gəlib. Hətta "başgicəlləndirici" təkliflərin olduğu da deyilir. Bu məlumatı "Futbol+" qəzetinə açıqlamasında futbol agenti Erkin İbrahimov deyib.

Xəbəri dəqiqləşdirmək üçün "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik:

"Kluba rəsmi təklif gəlməyib. Belə olan halda isə bizim münasibət bildirməyimiz düzgün olmaz".


GÜNAY VƏLİYEVA