• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm" - Milan Obradoviç

Ölkə futbolu

29-03-2022, 22:0

21 yaşadək futbolçulardan ibarət milli komandamız yoldaşlıq oyununda Belarusdan olan həmyaşındlarına 1:3 hesabı ilə məğlub olub.


"Football-plus.az" saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Milan Obradoviç jurnalistlərin suallarını cavablandırıb:


- Oyun barədə fikriniz necədi?

- Birinci hissədə müdafiə xəttinin oyunundan razı qalmadım. İlk yarıda bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən iki qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib idik. Yoldaşlıq oyunu idi və vacib olan yeni futbolçuları, bütün oyunçuları yoxlamaq idi. Birinci hissədə oynayan heyət demək olar ki, birlikdə bir dəfə məşq etmişdi. Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm.



- İkinci yarıda meydana çıxan futbolçular nə göstərə bildi?

- Deyə bilmərəm ki, onlardan gözlədiyim hər şeyi görə bildim. Adlarını ayrılıqda çəkmək istəmirəm. Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdı. Biz özümüzü yox, ölkəmizi təmsil edirik. Bunu qəbul etmirəm.


- Bəzi futbolçular öz klubunda daim oynayır, bəziləri yox. Musa Qurbanlı da daim oynamır. Klublara bu barədə hansısa məsləhətiniz ola bilər?

- Mən də klubda işləmişəm. Əminəm ki, baş məşqçilər kimlər daha çox layiqdi, onları meydana buraxır. Söhbət sırf Musadan getmir, hamıdan gedir. Belə səviyyədə oynayan futbolçuya hər bir məşqçi şans verər. Təbii ki, onlara məsləhət verəsi deyiləm. Hər baş məşqçi layiq olan futbolçunu oynadar. Sadəcə öz futbolçularıma məsləhət verə bilərəm. Daha çox çalışmalıyıq. Təəssüflər olsun ki, bir dəfə yaxşı oynayırsan, ikinci dəfə belə. Hər yaxşı oyundan sonra futbolçunu fərdi olaraq yuxarıdan aşağı salmaq məcburiyyətindəsən.


- Musa Qurbanlı barədə Canni De Byazi ilə söhbət etmisiz? Yəni, onu A milliyə təklif etmisiz?

- Hər toplanış qabağı futbolçuları izləyirəm və çox sevinirəm ki, öz klublarında oynayırlar. Bir tərəfdən mən sevinirəm ki, bizə kömək edə biləcəklər. Qarışıq hisslərdi. Bir tərəfdən onlar üçün sevinirəm. Digər tərəfdən də qorxuram ki, A milliyə gedəcəklər və mənim komandamda olmayacaqlar. Təbii ki, A milli komandaya da çağırmalıdılar, getməlidilər. Canni De Byazi ilə yaxşı münasibətim var. Həmişə mənimlə cavan futbolçularla bağlı məsləhət edir. Hər futbolçu ilə bağlı ürəyimdə nə varsa, ona da mütəmadi olaraq məlumat verirəm. Bu futbolçulardan kimsə bizimlə iyunda da olacaq, hələ bilmirəm. Ona görə bugünkü oyunda yoxlamaq üçün daha çox futbolçuya şans verdim. Çünki qrupda 3 səfər oyunumuz var.


- İlk qolda Səbuhi Abdullazadənin kobud səhvi var idi. Sizcə, o, nəyə görə bu cür kobud səhvə yol verdi? Bəlkə, Premyer -liqada oyun praktikası yoxdu...

- Birinci növbədə odur. Məşqçi kimi onun yanında olmalıyam, ona kömək etməliyəm. Karyerada belə hallar olur. Səhvlərin üzərində işləməliyik. Onun daha çox oyun praktikası olacaq ya, yox özündən asılıdı. Belə olan halda, baş məşqçini də məcbur edəcək ki, ona daha çox şans verilsin. Bundan sonra da daha çox özünəinamı olacaq.

- Əsas milli Malta və Latviyaya məğlub oldu. Sizin komandanız həmin yığmaları məğlub edə bilərdi?

- Heç təsəvvür etmirəm, U-21 yığması ilə digər ölkənin A millisinə qarşı oynamağı. U-21dəki oyunçular üzərlərində hələ daha çox işləməlidilər. Bir oyun uddular, ikinci oyun uduzduq. Yavaş-yavaş onlara şans verməliyik. Birdən-birə olmur. Canni De Byazi milliyə futbolçunu çağırır və o, məsuliyyət daşıyır. Məncə, o, hazırda ən yaxşı olan futbolçularımızı dəvət edib. Mütəmadi olaraq onunla əlaqədəyik. Şəxsi fikrim budu ki, bütün gənc futbolçular U-21-də oynasın. Aydın məsələdir ki, gənc futbolçular yaxşı oynamağa davam etsə, A milliyə dəvət alacaqlar. Normal prosesdi.

- Qısa zamanda iki fərqli rəqiblə oynadınız. Toplanışı nikbin notlarla başa vurursuz, yoxsa bədbin?

- Daha çox topa sahib olacağımız oyunu oynamağımızı istəyərdim. Məhz bu bizə gələcək üçün optimistlik verir. Məsələn, Belarusa qarşı ikinci hissə və Estoniyaya qarşı oynadığımız matç. Digər tərəfdən məni narahat edən məqab budur ki, biz nəyə görə belə rahat qollar buraxırıq? Bu, məni çox narahat edir, elə-belə qollar buraxırıq. Əsas səbəb futbolçularımızda oyun praktikasının az olmasıdı. Sizə Elvin Cəfərquliyevdən yaxşı misal çəkim. O, 3 il bundan qabaq U-21də bizimlə başlamışdı. Təkbətək mübarizələrdə çox yaxşıdı. Görünür ki, o, necə qabağa gedib. Özü də istəklidi, çox yaxşı alınır onda. Elvin Cəfərquliyev sadəcə bir misaldı. Çox istəyərdim ki, A millidə, “Qarabağ”da daha çox oynasın.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-04-2022, 22:0

"Bugünkü kimi oyunlar olsa, avrokuboklara vəsiqə qazana bilməyəcəyik" - Murad Musayev

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 229
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə