Ferreyra ilə müqavilə yeniləndi

28.03.2022 20:30 611
Dünya futbolu
Abel Ferreyra “Palmeyras” rəhbərliyinin yeni təklifini qəbul edib.

Baş məşqçi ilə müqavilə yenilənib. 43 yaşlı portuqaliyalı mütəxəssis Braziliya klubunu 2024-cü ilin sonuna qədər çalışdırmaq hüququ qazanıb.

Ferreyra “Palmeyras”a 2020-ci ildə təyinat alıb. Komanda onun başçılığı altında ardıcıl iki dəfə Libertadores Kubokunun qalibi olub.