Xavi "Yuventus"un futbolçusu Paulo Dibalanın Kataloniya təmsilçisinə transferini istəmir.
Bu barədə yerli mətbuat xəbər yayıb. Bildirilib ki, "Barselona"nın prezidenti Joan Laporta hücumçunun transfer imkanını dəyərləndir. Ancaq Xavi bu keçidə razı deyil. Çalışdırıcı oyunçuya çox qiymət qoyulduğunu hesab edir.