Təyinatı ilə bağlı “Football-plus.az”a açıqlama verən yeni baş məşqçi mövsümün sonuna kimi Novruz Əzimovla birlikdə komandanı son 8 oyuna çıxaracağını bildirmişdi. Həmin vaxt çoxları, o cümlədən biz də Əzimovun Əfqan bəyin əsas köməkçisi olacağını xəbər vermişdik. Ancaq bu gün Novruz bəyin özü ilə əlaqə saxladıqda məlum oldu ki...
Ən yaxşısı onu dinləyək:
“Son 8 turda əsas yük Əfqan müəllimin üzərinə düşəcək. O hazırda Tovuzda komandanı qarşıdakı “Qarabağ-2” ilə oyuna hazırlayır. Mən isə Bakıdayam. Buna baxmayaraq, hər gün onunla əlaqə saxlayır, kollektivin durumu ilə maraqlanıram. Mən onun köməkçisi yox, klubun Müşahidə Şurasının üzvüyəm. Talıbovun köməkçiləri Rövşən Babayevin dönəmində məşqçilər korpsunda yer alan Nizami Ocaqverdiyevlə Xəyal Qarayevdi”.
RƏŞAD



