Siyahıda premyer-liqanı 4-cü pillədə başa vuran və Konfrans Liqasında iştirak hüququ qazanan “Qəbələ”dən heç bir futbolçunun olmaması diqqəti çəkdi. Görəsən, bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev bu haqda nə düşünür? Niyə onun komandasından 1 futbolçu belə yığmaya dəvət olunmayıb? Canni De Byazinin diqqətini çəkə biləcək bir oyunçu belə yoxdu?
Bunu öyrənmək üçün Baxşıyevin özü ilə danışmağı lazım bildik. Təcrübəli mütəxəssisin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Bu sualın daha yaxşı cavabı De Byazidədi. Ona ünvanlasaz, daha dəqiq cavab verə bilər. Heyəti müəyyənləşdirən də odu. Belə lazım bilib. Oyunçularıma tövsiyə edirəm ki, üzərlərində daha çox işləsinlər və dəvəti gözləsinlər”.
Baş məşqçi futbolçularının son siyahıda yer almağa layiq olduğunu da qeyd etdi:
“Hərənin bir düşüncəsi var. Millinin baş məşqçisi odu. Ona görə də De Byazinin qərarına hörmətlə yanaşmalıyıq. Amma qeyd etməliyəm ki, komandamızda millidə çıxış etməyə layiq futbolçular var. Onlar həmişə yığmada oynaya bilərlər”.

SƏNƏM FƏRHADOVA