UEFA öz bayrağı altında təşkil edilən matçların Rusiyada yayınlanmasını dayandırmağı planlaşdırır.
Məsələ milli komandalar arasında yaxın günlərdə keçiriləcək oyunlarla bağlıdı. Avropanın ali futbol təşkilatı bunun üçün Rusiya telekanalı ilə olan müqavilənin pozulmasının mümkünlüyünü nəzərdən keçirir. Konkret olaraq İngiltərə yığmasının Kot d’İvuar və İsveçrə ilə keçiriləcək yoldaşlıq oyunlarının yayınlanmasının “Matç TV”yə qadağan edilməsindən gedir.
Qeyd edək ki, UEFA-nın bayrağı altında keçirilən matçların yayın hüququ bu kanala məxsusdu. Lakin qitə futbol qurumu DÇ-2022-nin seçmə oyunlarının yayınlanmasını “Matç TV”yə yasaqlaya bilməz. Çünki bu oyunların təşkili FİFA-nın səlahiyyətinə aiddi.