• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Mənim üçün əsas məsələ nəticə qazanmaq, qalib gəlməkdi" - Canni de Byazi

Ölkə futbolu

22-03-2022, 17:0

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Malta və Latviya ilə oyunlardan öncə mətbuat konfransı baş tutub.

"Football-plus.az" saytının məlumatına görə mütəxəssis Azərbaycan dilində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Heyətdə yeni və köhnə-yeni futbolçular var. Gəlişinizdən sonra Dmitri Nazarov və Eddi İsrafilovu millidə görmək istəmədiyinizi demişdiz...

- Heç vaxt deməmişəm ki, onlar heç vaxt yığmada olmayacaq. Sadəcə, həmin zaman belə qərar vermişdik, gənclərə üstünlük verirdik. İndi başa düşürük ki, yaxşı nəticə üçün gənclərdən əlavə təcrübəli oyunçular da lazımdı. Ona görə Riçard, Eddi, Ramazanov, Ağayev kimi oyunçuları milliyə qaytardıq.

- Artıq uzun müddətdi, yığmanı çalışdırırsız. İndiyə qədər qarşınıza bir məqsəd qoymuş olmalıydız. Məsələn, gənclər artıq hazır olmalı idi. Ancaq indi yenə yaşlı oyunçuları çağırırsız. Məqsədimiz nədir, nəticəyəmi oynayırıq, keçmişəmi qayıdırıq?

- Bu baxımdan əmin olmadığım bir şey yoxdu. Gənclər heyətdə qalır. Onlara bəzi təcrübəli oyunçular əlavə olunur. İndi onlar bizə kömək edə bilərlər. Burda bir problem görmürəm.

- Şahruddin Məhəmmədəliyevlə Emil Balayev yoxdu. Əsas qapıçınız kim olacaq?

- Hələ onları özləri də bilmir. 3 yaxşı qapıçımız var. Biri gəncdi, Nicat "Qəbələ"də yaxşı mövsüm keçirir. Digər ikisinin təcrübəsi var. Oyun günləri hansının oynayacağına qərar verəcəyik.

- İndiyə qədər 3-lü mərkəz müdafiəçili sistem tətbiq edirdiz. Taktiki dəyişiklik edəcəksiz?

- Əlimizdə olan futoblçularla yeniliklər edə bilərik. Taktiki dəyişikliklər olacaq. Mənim üçün əsas məsələ nəticə qazanmaq, qalib gəlməkdi.

- Nicat Mehbalıyevi yaxşı mövsüm keçirdiyinə görə dəvət etdiyinizi dediz. Niyə digər yaxşı mövsüm keçirənlər yığmada deyil? Məsələn, Rövlan Muradov, Ülvi İsgəndərov. Eyni zamanda uğursuz mövsüm keçirən Höccət Haqverdi dəvət alıb, Murad Musayev kənarda qalıb...

- Rövlan Muradovu yaxşı qiymətləndirirəm. Ona bugünlərdə mesaj yazdım ki, səni yığmada görmək istəyirəm. Onu tanıyıram, bu dəfə daha az tanıdığım futbolçuları milliyə çağırdım. Viza ilə bağlı Murad Musayevi yığmaya cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı futbolçudu. İnanıram ki, daha çox inkişaf edəcək. Klubunda daim əsas heyətdə oynamır.

- Azər Əliyevin milliləşdirilməsi yubanır. Onu Millətlər Liqasında sərəncamınızda görmək istəyirsiz?

- Bu barədə başqa bir vaxt danışsaq, daha yaxşı olar. Maltada qalib gəlmək istəyirik. Əlimizdə olan futbolçulardan danışaq. İndi fikrimizi qarşıdakı oyunlara yönəltmişik.

- Rüstəm əhmədzadə əvvəl U-21 millisinə çağırıldı, sonra əsas yığmaya dəvət olundu...

- Əvvəlcə daha çox oynaması üçün U-21-ə göndərdik. Amma sonra gördük ki, 24 futbolçumuz var və Namik Ələskərov da bir qədər zədələnib. Bu səbəbdən onu əsas yığmaya cəlb etdik. Bu mövsüm az oynayır. Ancaq inanıram ki, Azərbaycan futbolunun gələcəyi ola bilər.

- Albaniya yığmasında uğuru ikinci mərhələnizdə qazandız. Azərbaycan millisində də məhz ikinci mərhələdə uğur gözləyirsiz? Yığmamız kiçik də olsa yaxşı nəticələrə işartı verir?

- Qələbə özü sənə gəlmir, onu axtarmalı, bunun üçün mübarizə aparmalısan. Xüsusən, çətin situasiyalarda. Bunu hamımız birgə etməliyik. İyunda 4 vacib oyunumuz var. Həmin zaman bizə 30-a yaxın futbolçu lazım olacaq. Əlimizdən gələni etməliyik. Ən əsası, komandada birlik olmamlıdır. Hamımız başa düşməliyik ki, bu bayraq üçün vuruşuruq, mübarizə aparırıq. Fərqi yoxdur, meydandasan, ya skamyada. Futbolçular bunu anlamalıdı.

- Millətlər Liqasında həlledici oyunlar mövsüm bitəndən sonra, futbolçuların istirahət etməli olduğu iyun ayında olacaq. Bu məqam komandaya necə təsir edəcək?

- Rəqiblərimiz də yorğun olacaq. Yaxşı olardı ki, zədəlilər olmasın. Balanslı qrupdur. Slovakiya bir qədər güclüdü. Qalan komandalarla başabaş oynaya bilərik. 3 gündən bir meydana çıxacağıq. Səfərlərimiz olacaq. Moldova-Qazaxıstan oyununu gözləyirik.

Paylaş:
Digər xəbərlər

Yığma

24-03-2022, 22:0

"Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdı" - Canni De Byazi

Manşet / Yazarlar

22-03-2022, 19:0

Karbonenin dostlarını milliyə dəvət edən De Byazi - KÖŞƏ

Yığma

24-03-2022, 22:0

"Keçmişdə olanları unutmaq lazımdı" - Eddi İsrafilov

Ölkə futbolu

20-03-2022, 13:0

Millinin heyəti açıqlandı

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • 12-06-2026, 23:0
    Yenə B seriyasında işləyəcək
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 238
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 232
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 210
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə