• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Əliyevin "milliləşdirilməsi" niyə gecikir? - AÇIQLAMALAR

Aktual / Ölkə futbolu

17-03-2022, 17:0

“Neftçi” Azər Əliyevi transfer edəndə hamı sevindi ki, milli komandanı gücləndirəcək yeni futbolçuya sahib olduq.

Amma paytaxt təmsilçisinin özü belə hazırda onu yerli statusla oynada bilmir. Klubun yeni idman direktoru Zaur Əzizov Azər transfer olunandan sonra iddialı açıqlama vermişdi ki, vinger premyer-liqa matçlarında azərbaycanlı kimi meydana çıxacaq. Amma sonradan nədənsə işlər tərsinə getdi. Artıq 5 turdu futbolçu legioner kimi çıxış edir. Dəfələrlə bu məsələ ilə bağlı həm “Neftçi”yə, həm də AFFA-ya müraciət etmişik. Lakin bir qayda olaraq eyni cavabı eşitmişik:

“Dəyişən heç nə yoxdu, tezliklə həll olunacaq”. Samir Abasov da artıq cana doyub. Premyer-liqanın 19-cu turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təcrübəli mütəxəssis Azərlə bağlı suala belə cavab verib: “Klubumuz bununla sıx məşğul olur. Mənim istəyim prosesin tez baş verməsidi. Bu oyunda heç bir plan pozulmadan o oynamalıydı. Çünki daha hazırlıqlı idi. Limitin qəti əleyhinəyəm. Amma bundan da çıxış yolu axtarmalıyıq. Azər məsələsini klub rəhbərliyi daha yaxşı bilər”.


Məsələ yavaş-yavaş aydın olur. Samir Abasov yalan danışmağı xoşlayan adam deyil. Onun dini baxışı da buna imkan vermir. Amma bəzən həqiqəti gizlətsə də, üstüörtülü şəkildə jurnalistlərə, ictimaiyyətə açıqlama verir. Azərlə bağlı problemin konkret səbəbini söyləməsə də, məsələnin klub rəhbərliyindən qaynaqlandığını deyir.

Ydınızdadısa, fevralın 2-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi. Həmin gün icraçı vitse-prezident Elxan Məmmədov məsələyə belə münasibət bildirmişdi:

“Azər Əliyev dünən kubok oyununda meydana çıxdı. Amma o, əcnəbi futbolçudu. “Neftçi” şifahi olaraq bizə müraciət edib. Lakin futbolçu tərəfindən müraciət olmayıb. Prosedur belədi ki, futbolçu ərizə yazmalı, onu qəbul etməliyik və Rusiya Futbol İttifaqına göndərməliyik. Onlardan da məktub gəlməlidi ki, bu oyunçu Rusiya yığmasında oynamayıb. Daha sonra FIFA və UEFA-ya müraciət etməliyik. Yalnız bundan sonra milliyə cəlb edilə bilər”.


Artıq qaranlıq qalan nəsə yoxdu. Azər Əliyev özü hələ də AFFA-ya müraciət etmir ki, onu “milliləşdirsinlər”. Əslində bu iş assosiasiyanın əlində su içmək kimi bir şeydi. Necə olur ki, “Sumqayıt”ın üzvləri Əli Qurbani, Höccət Haqverdi, “Sabah”dan İldar Alekperov, Abdulax Xaibulayevin “milliləşdirilməsi” qısa zamanda baş verir, amma Azərlə bağlı problem yaşanır? Əlbəttə, bu, AFFA-dan qaynaqlanan məsələ deyil. Azər özü bunu istəmir. Niyə?

Redaksiyamıza bununla bağlı maraqlı informasiya daxil olub. Sən demə, klub rəhbərliyi ilə futbolçu arasında maliyyə məsələsində problem yaşanıb. “Neftçi” rəsmiləri Azər Əliyev və menecerinə vəd olunan, onu klubda oynamağa razı salan İlqar Qurbanova lazımi pulu ödəməyib. Flaqman başbilənləri əvvəlcə bunu edəcəklərinə söz versələr də, sonradan vədə əməl etməyiblər. Bu səbəbdən də futbolçu “milliləşdirilmək” üçün lazım olan sənədləri AFFA-ya göndərmir. Məsələ ilə bağlı klubun rəsmi mövqeyini öyrənməyi özümüzə borc bildik. “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departementinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:

“Əvvəlcə onu deyim ki, İlqar Qurbanov Azər Əliyevi “Neftçi”yə gətirməyib. Onun bu məsələyə aidiyyatı yoxdu. Azərin meneceri ilə də problemimiz yoxdu. “Milliləşdirilmə” prosesi ilə bağlı işlər gedir. Tam həll olunanda ictimaiyyətə açıqlama veriləcək”.


Gördüyünüz kimi, klub iddianı təkzib edir. Amma Azərin də “milliləşdirilməsi” alınmır. Bunun səbəbini nə “Neftçi”, nə də AFFA konkret açıqlayır. Olan isə ölkə futboluna olur. Yaxın günlərdə milli komandanın yoxlama oyunları üçün heyəti açıqlanacaq. Və böyük ehtimalla Azər Əliyevin adına rast gəlməyəcəyik. Çünki vingerin Azərbaycan pasportu yoxdu. Bu səbəbdən də Canni de Byazi komandaya fayda verə biləcək futbolçunun xidmətindən yararlana bilməyəcək. Necə ki, Samir Abasov azərbaycanlı olan Azəri legioner kimi oynadır. Bunun üçün hər həftə taktiki sxem üzərində baş sındırır...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

13-03-2022, 21:0

“Neftçi” ilə "Sumqayıt"ın oyunları o qədər şişirdilib ki..." - Samir Abasov

Aktual / Manşet / Günün xəbəri

23-03-2022, 12:0

Azər Əliyevin yığmada olmamasının şok səbəbi: ev və pul verin!

Manşet / Yazarlar / Günün xəbəri

18-05-2022, 13:0

Toxunmayın Samirə! - KÖŞƏ

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə