Neymarla yollar ayrılır

14.03.2022 19:00 485
Dünya futbolu
PSJ Neymarla yollarını ayırmaq niyyətindədi.

Bu barədə yerli mətbuat xəbər yayıb. Fransa təmsilçisi yaxşı təklif alacağı təqdirdə, hücumçunu saxlamayacaq. Klubun futbolçunu təxminən 100 milyon avroya satmaq istədiyi bildirilir.

Qeyd edək ki, Neymarın Paris klubu ilə hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.