• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Keşlə"nin bizi bu baxımdan üstələməsi xoş olmadı" - Aftandil Hacıyev

Premyer-liqa

12-03-2022, 19:0

Premyer-liqanın 19-cu turunda "Səbail" "Keşlə"ni qəbul edib - 0:3.

"Football-plus.az" saytının məlumatına görə, ev sahibi komandasının baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:

"Oyun haqda çox geniş fikir bildirmək istəmirəm. Rəqibdən zəif çıxış etdik. Səbəbləri haqda qısa deyim ki, bu gün meydanda daha istəkli "Keşlə" var idi. Təəssüflər olsun ki, düşündüklərimizi meydanda icra etmək çox çətn oldu. İlk hissədə erkən buraxdığımız qollar oldu. Sonradan isə oyunun gedişatını dəyişmək üçün futbolçularda psixoloji olaraq güc çatmadı. "Keşlə" daha istəkli və oyuna nəzarət edən tərəf idi. Bizim üçün oyundan-oyuna optimal heyəti təyin etmək çətindi. Qışdan sonra zədəlilərimiz kifayət qədər oldu. Sağalıb, qayıdanlar var. Qalib gəlmək istəsək də, bu, olmadı. Hələ kifayət qədər oyun var. Düşdüyümüz vəziyyyətdən çıxmağa çalışacağıq. Bütün hallarda çempionatın əvvəlindən durumumuz bəlli idi. Əgər bu gün biz hər mövqedə istədiyimiz rəqabəti yaratmağa çətinlik çəkiriksə, təbii ki, istədiyimiz nəticəni əldə etmək çətin olacaq. Bunu əvvəlcədən bilirdik. Amma bu oyun bir neçə futbolçu üçün siqnal idi. Əgər, gələn mövsüm üçün bu klubda qalmaq istəkləri varsa, özlərini yaxşı tərəfdən göstərməlidilər. Bu oyunu tez bir zamanda unudaraq növbəti oyuna hazırlaşmaq qalır bizə. "Keşlə"ni təbrik edirəm".


- Camal Araqo və Rauf Əliyev kimi oyunçuları oynatmaqdansa, gənc oyunçulara şans vermək, onları gənclərlə əvəzləmək daha doğru olmazdı?
- Dəyişmək deyəndə, keçən il heç bizim əvəzedici heyətimiz olmayıb. Yeni əvəzedici heyət formalaşdırmışıq. Hansı durumda əvəzedici heyət formalaşdırdığımızı bilsəz, sualınıza da cavab tapacaqsınız. Biz həqiqətən də klubu ayaqda saxlamaq üçün hansı çətinliklərdən keçmişik. Transfer dövrü də deyil ki, kimisə də komandaya cəlb edəsən. Hər yay və qış transfer dövründə bizdə rəqiblərlə müqayisədə problemlər olub. Gənc futbolçu deyirsiz, bu dəqiqə bizdə elə gənc futbolçu yoxdu. Var idi, Turan Manafov. Onun gedişi üçün özümüz dəstək verdik ki, gəncdi, yerlidi. Gələcəyi, inkişafı üçün "Səbail"in maraqlarını arxa plana atdıq. Bu gün qarşımıza qoyulan məqsəd o idi ki, daha çox yerli futbolçular oynasın. Biz də çalışırıq ki, onları oynadaq. 3-4 legionerimiz var. Digər klublarımızın legionerlərilə müqayisədə bəlkə keyfiyyət fərqi hiss oluna bilər. Amma elə mövqelər var ki, yerli futbolçu tapmaq belə çətindi. Bu gün mənə 3 yerli futbolçu deyin ki, mərkəz müdafiəçiləridi və kənarda qalıblar. Biz də onları dəvət edək. Heç 3 demirəm, ikisinin adını çəkin. Adil Nağıyev var, ikisinin də adını siz çəkin ki, komandamıza cəlb edə bilək. İnanmıram ki, çəkə bilərsiz. Komandanı elə-belə formalaşdırmamışıq. Hansı mövqeyə legioner gətirməli olduğumuzu yaxşı bilirik. Camal Araqo da komandaya dəvət olunanda, yerli futbolçu cəlb edə bilməyəcəyimiz, boşluq olan mövqe üçün gətirmişik. Gələcəkdə "Səbail" durumu yaxşılaşdırıb, rəqabəti artırmaq istəsə, işimizi də həmin istiqamətdə qura bilərik. Amma ona qədər əlimizi yanımıza salmaq istəmirik. Bu günki məğlubiyyət bizə heç də xoş olmadı. Ən azından meydanda rəqibə əzmkarlıq sarıdan uduzmamalı idik. Amma "Keşlə"nin bizi bu sarıdan üstələməyi bizim üçün xoş olmadı.

- Ötən həftə Əfran İsmayılovun məlum videosu bəziləri tərəfindən qınanıldı. Bu gün İsmayılov heyətdə yox idi. Bunun səbəbi nədi?
- Video ilə bağlı onu deyə bilərəm ki, neqativ və pozitiv yanaşanlar oldu. Futbolun içində olan şeylərdi. Bu haqda fikir bildirmək istəmirəm. Əfran İsmayılov və Rauf Əliyevlə uşaqlıqdan birlikdə oynayan, münasibəti olan oyunçulardı, zarafatları ola bilər. Sadəcə olaraq, bunun mediaya yansıması bir qədər müzakirəyə səbəb olur. Əfran zədəlidi, dünəndən məşqlərə başlayıb. 2 həftə idi ki, müalicə olunurdu. Bundan sonra yavaş-yavaş məşqlərə qoşulmalıdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

19-03-2022, 19:0

"Bu matçda pis çıxış etmədik" - Aftandil Hacıyev

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • 12-06-2026, 23:0
    Yenə B seriyasında işləyəcək
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 238
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 232
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 210
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə