FİDE Rusiya və Belarusa qadağa qoydu

16.03.2022 20:30 620
İdman
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya və Belarus yığmalarına qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakı qadağan edib.

Bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, hər iki ölkənin qrossmeysterləri fərdi turnirlərdə neytral statusda - milli simvollar olmadan iştirak edə biləcək.