Azərbaycanın üç qadın güləşçisi Plovdivdə keçirilən gənclərin dünya çempionatında yarımfinala yüksəlib.
50 kq çəkidə çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2. 55 kq-dakı Elnurə Məmmədova eyni raundda Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb. Nəzərova finala gedən yolda Şeker Şimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.