"Sabah"ın U-12 komandası Xorvatiyada keçirilən "Dalmatinko Cup"da iştirak edir. Təmsilçimiz turnirdə "Hayduk" (Xorvatiya), "Qornik Imotski" (Polşa) və "Olti" (Kosovo) klublarıyla bir qrupda yer alıb. Samir Əbdürəhmanovun yetirmələri artıq iki oyuna çıxıb. Komanda ilk oyunda yerli "Hayduk"a 1:0 hesabıyla qalib gəlib. Yeganə qola Famil Məmmədli imza atıb. Növbəti rəqib "Qornik Imotski" olub ki, qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəşad Alışovla Babamirzə Mehdiyev vurub.