Sizin reklam burada

“Sabah”dan qələbə və növbəti transfer

Baxış Sayı:897

“Sabah”dan qələbə və növbəti transfer
Divizion təmsilçisi "Sabah" növbəti yoxlama matçına çıxıb. Arif Əsədovun komandası Binə qəsəbə stadionunda "Zaqatala" ilə münasibətləri aydınlaşdırıb. Oyun “Sabah”ın 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Yeganə qolun müəllifi Emin Mehdiyev olub.
Bu arada "Sabah" heyətini daha bir futbolçu ilə gücləndirib. Müqavilə ilə "Səbail"ə məxsus olan Seymur Əsədov mövsümün sonuna kimi icarə əsasında bu komandada çıxış edəcək. "Qəbələ"nin yetirməsi sayılan Əsədov AZAL və "Sumqayıt"da da forma geyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR