Bir neçə gün əvvəl “Çelsi”ni mövsümün sonunda tərk edəcəyini açıqlayan Tyaqo Silvanın üz tutacağı klub məlum olub.
Braziliyalı futbolçu vətəninə qayıdacaq. 39 yaşlı müdafiəçi sabiq klubu “Fluminense”yə keçəcək. “Globo Esporte” internet portalının məlumatına görə, Braziliya klubu ötən cümə günü onunla müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəlib. Təcrübəli futbolçunun yaxın günlərdə müqavilə imzalayacağı və iyul ayından “Fluminense”nin formasını geyəcəyi gözlənilir.
Qeyd edək ki, Tyaqo Silva 2006-09-cu illərdə “Fluminense”də çıxış edib.