"Real" La Liqada mövsümə dörd qələbə ilə başlayıb. Madrid təmsilçisi ardıcıl olaraq "Betis" (2:1), "Espanyol" (3:1), "Selta" (4:1) və "Almeriya"nı (2:1) məğlub edib. "Kral klubu" 2016-17 mövsümündən sonra ilk dəfə sezonun startında 4 qələbə qazanıb.