Elçin Səmədli Moldovada hakimlərə qiymət verəcək

1.10.2026 13:08 9
Ölkə futbolu
AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Moldova - Fransa oyununda hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20.30-da Moldovada baş tutacaq.